Oğuzda 39 yaşlı qadın özünə qəsd etdi

09/10/2018 - 23:25 3 793 0   0  

Oğuz rayonunda zəhərlənmə hadisəsi baş verib.

Suveren.az xəbər verir ki, Calut kənd sakini, 1979-cu il təvəllüdlü Elmira Mühiddin qızı Muxtasova kəskin zəhərlənmə əlamətləri ilə Oğuz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Xəstəxanadan bildirlib ki, müayinə zamanı 39 yaşlı E.Muxtasovanın sirkə turşusundan zəhərləndiyi məlum olub. Onun vəziyyəti ağır olduğundan xəstəxanada ilkin tibbi yardım göstərilib. Qadın müayinə və müalicəsini davam etdirmək üçün daha sonra Respublika Toksikologiya Mərkəzinə göndərilib