Nümayişçilər II Qareginin dəftərxanasına soxulmağa cəhd göstərib

31/10/2018 - 22:04 4 741 0   0  

Bütün ermənilərin katolikosu II Qaregindən istefaya getməsini tələb edən bir qrup nümayişçi onun Eçmiədzindəki dəftərxanasına soxulmağa cəhd göstərib.

TASS xəbər verir ki, bina ətrafında keşik çəkən polislərin onların qarşısını almasına baxmayaraq, etirazçılar katolikosa qarşı şüarlar səsləndirirlər.

Qeyd edək ki, II Qareginin vəzifəsindən istefa verməsi tələbi ilə etirazlar iyun ayından başlayıb.