Novruz Məmmədovdan ekologiya nazirliyi ilə bağlı qərar - Bu vəzifələri azaldıldı

02/02/2019 - 11:35 2 563 0   0  

Nazirlər Kabineti "Yaşıllıqların uçotunun, kadastrının və monitorinqinin aparılması Qaydası”nda dəyişiklik edib. 

BakuPost-un məlumatına görə, indiyə qədər fiziki və hüquqi şəxslərin yaşıllıqların uçotu, kadastrı və monitorinqi barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyindən və müvafiq bələdiyyələrdən məlumat almaq hüququ olub. 
Dəyişikliyə əsasən bundan sonra  fiziki və hüquqi şəxslərin yaşıllıqların kadastrı barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyindən, yaşıllıqların uçotu və monitorinqi barədə istifadəsində olan torpaq sahələrinə münasibətdə mərkəzi icra hakimiyyəti orqanlarından, bələdiyyə mülkiyyətində olan torpaq sahələrinə münasibətdə bələdiyyələrdən, digər torpaq sahələrinə münasibətdə isə yerli icra hakimiyyəti orqanlarından məlumat almaq hüquqları olacaq.