NİZAMİNİN İCRA BAŞÇISI VƏZİFƏSİNDƏN AZAD OLUNDU - Prezident sərəncam verdi

11/07/2020 - 16:58 5 368 1   1  

Prezident İlham Əliyev Arif Qasımovun Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.

Suveren.az Muxalifet.az-a istinadla xəbər verir ki, sərəncamla Arif Adil oğlu Qasımov Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.

Qeyd edək ki, A.Qasımov 2015-ci ildən Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyətinin başçısı idi. O, daha əvvəl 2011-2015-ci illərdə isə Siyəzən Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrində çalışıb.