Neftçalada dalaşan iki şəxs bir-birini bıçaqlayıb

01/11/2018 - 23:35 3 397 0   0  

Bu gün axşam saatlarında Neftçala şəhərindəki çayxanalardan birinin qarşısında bıçaqlanma hadisəsi baş verib.

Virtualaz.org-un Şirvan bürosunun məlumatına görə, 1981-ci ildə anadan olmuş Neftçala şəhər sakini Təbriz Tahir oğlu Məmmədovla Ramil adlı şəxs dalaşaraq bir-birinə müxtəlif dərəcəli bıçaq xəsarətləri yetirdikləri üçün hər ikisi Neftçala Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

4 bıçaq zərbəsi alan Təbriz Məmmədovun vəziyyətinin daha ağır olduğu deyilir. Faktla bağlı araşdırma aparılır.