Neftçalada 2 otaqlı ev yandı

28/10/2018 - 22:14 10 270 0   0  

Neftçalada yanğın qeydə alınıb.

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, Neftçala rayonunda ümumi sahəsi 54 m2 olan birmərtəbəli 2 otaqlı evin qamışdan ibarət tavanı 36 m2 sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.