Neft ucuzlaşır

30/10/2018 - 00:27 1 054 0   0  

Dünya bazarında neftin qiyməti aşağı düşüb.

Suveren.az teleqraf.com-a istinadən xəbər verir ki, "Brent" markalı neft 0,71% ucuzlaşaraq 77,07 dollar/barel təşkil edib.

Nyu-York birjasındakı hərracda WTI markalı yüngül neftin dekabr fyuçerslərinin qiyməti isə 0,68 dollar və ya 1,01% azalaraq 66,91 dollar/barel olub.

Qeyd edək ki, "Brent" markalı xam neftin 1 barelinin dəyəri son bir ay ərzində artaraq 86 dolları ötmüşdü.