Neft kəskin ucuzlaşdı

01/11/2018 - 00:05 1 189 0   0  

"Brent" markalı Şimal dəniz neft qatışığının 2019-cu il yanvar fyuçerslərinin qiyməti 1,54 faiz aşağı düşərək bir barel üçün 74,78 dollar təşkil edib.

Suveren.az TASS-a istinadən xəbər verir ki, bu, Londonun İCE birjasında keçirilən hərracların nəticəsində məlum olub.

Bu növ neftin qiyməti sonuncu dəfə cari ilin avqustunda bir barelə görə 75 dollardan aşağı satılıb.

"Azeri LT CIF" markalı xam neftin 1 barelinin qiyməti 1,22 dollar və yaxud 1,55% azalıb.