Nazirlikdən Eldar Mahmudovun oğluna İTTİHAM - yanğın təhlükəsizliyi qaydalarına əməl edilməyib

26/03/2019 - 16:26 9 070 0   0  

"Yanğın barədə məlumat səhər saat 08:12 dəqiqədə daxil olub. Yanğının söndürülməsinə 100-dən çox şəxsi heyət, 20-dən çox yanğınsöndürən avtomobil cəlb olunub".
"Report"un hadisə yerində olan əməkdaşı xəbər verir ki, bunu Dövlət Yanğından Mühafizə Xidmətinin Qərargah rəisi polkovnik Əkbər Novruzov deyib. 
O bildirib ki, hazırda yanğınn səbəbləri araşdırılır. Bu barədə məlumat veriləcək. 
Ə.Novruzovun sözlərinə görə, yanğın təxminən 2 hekrata yaxın ərazini əhatə edibhadisə nəticəsində 4 mərtəbəli "Diqlas" Ticarət Mərkəzi ilə yanaşı ətrafda olan obyektlər də yanıb: "Ticarət mərkəzində heç bir nizamlı iş olmayıb. Binada daxili yanğınsöndürmə sistemləri yoxdur, ərazidə su çatışmır. Obyekt rəhbərliyi tərəfindən yanğın təhlükəsizliyi qaydalarına əməl olunmayıb. Ona görə də yanğın geniş yayılıb". 

Nazirlikdən Eldar Mahmudovun oğluna İTTİHAM