Nazirin gözü qarşısında terrorçu məhv edildi - Foto

28/10/2018 - 22:38 6 247 0   0  

Türkiyənin Daxili İşlər naziri Süleyman Soylu Suriya ilə sərhəddə yoxlamalar aparıb.

Suveren.az Türkiyə mediasına istinadən xəbər verir ki, nazirin sərhəd xəttində olduğu vaxt təhlükəsizlik qüvvələri PKK/PYD terrorçusunu məhv edib.

Şanlıurfa vilayətinin Akçakale mahalının Suriya ilə sərhəd xəttinə gələn nazirə şəxsi heyət tərəfindən mövcud vəziyyət barədə məlumat verilib.

Nazirin "Sərhəddə bir şey görə bilirsinizmi" sualına komandir "Görüntü olmur, görəndə məhv edirik" cavabını verib. Komandir Süleyman Soyluya bir az əvvəl sərhəddə bir terrorçunun zərərsizləşdirildiyini söyləyib. Nazir bölgədəki təhlükəsizlik qüvvələrini təbrik edib.