Nazir: "Rusiyanın neft-qaz şirkətlərinin dedollarizasiya planı hazırdır"

27/12/2018 - 16:41 595 0   0  

Rusiyanın neft-qaz şirkətləri dollarsız alış və satış planlarını hökumətə təqdim edəcək.

AZƏRTAC xəbər verir ki, bu barədə Rusiyanın maliyyə naziri Anton Siluanov “Rossiya-24” telekanalına müsahibəsində deyib.

Nazir bildirib ki, Rusiyanın neft-qaz şirkətlərinin dedollarizasiya planı hazırdır və hökumətə təqdim olunacaq: “Bir müddət əvvəl bəzi böyük şirkətlərin rəhbərləri ilə görüşdük. Bunlar neft-qaz sektorunda fəaliyyət göstərən şirkətlərdir. Əməliyyatlarda dollardan imtina üçün bizə bir plan təqdim etmələrinə dair razılığa gəldik. Həmin şirkətlər öz əməliyyatlarında dollarla ödənişləri məhdudlaşdırmağa başladılar. Gələcəkdəki fəaliyyətə dair də bizə plan təqdim edəcəklər”.