Nazarbayev açıqladı: növbədənkənar prezident seçkisinə hazırlıq...

29/12/2018 - 11:59 7 525 0   1  

Qazaxıstanda növbədənkənar prezident seçkisinə hazırlıq aparılmır.

Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Qazaxıstan prezidenti Nursultan Nazarbayev deyib.

“Prezident seçkisi 2020-ci ilin dekabrında baş tutacaq. Hələ buna iki il var” – deyə o bildirib.

Qeyd edək ki, bundan öncə bir sıra qazax politoloqlar növbədənkənar prezident seçkisinə hazırlığın aparılmasıyla bağlı iddialar yayıb. Ekspertlər buna səbəb kimi hökumətin irəli sürdüyü bir sıra təşəbbüsləri göstəriblər.

Nazarbayev 1 dekabr 1991-ci ildən hakimiyyətdədir. Ölkə qanunvericiliyinə əsasən, onun məhdudiyyətsiz sayda prezident olmaq səlahiyyəti var.