NATO-dan Rusiyaya sərt xəbərdarlıq

26/11/2018 - 23:29 2 212 0   0  

NATO-nun baş katibi Jens Stoltenberq Ukrayna gəmilərini və hərbçilərini saxlayan Rusiyaya xəbərdarlıq edib.

Baş katibə görə, Rusiya saxladığı Ukrayna gəmilərini və hərbçilərini dərhal sərbəst buraxmalıdır: "Rusiya hərəkətlərinin qarşılığının olacağını anlamalıdır. NATO-nun bütün üzvləri Ukraynaya tam dəstək verir".

Qeyd edək ki, Rusiya noyabrın 25-də Ukrayna Hərbi Dəniz Qüvvələrinə məxsus 3 gəmiyə hücum edib. Silahlı hücumdan və tarandan sonra gəmilər saxlanılıb.(teleqraf)