NASA yadplanetliləri fərqli üsulla axtaracaq

04/01/2019 - 20:28 1 660 0   0  

ABŞ-ın Kosmik Agentliyi NASA uzun illərdir başqa planetlərdə həyatın olub-olmadığını araşdırırdı.

Suveren.az bildirir ki, bu məqsədlə Kosmik Agentlik fərqli üsullarla araşdırmalar aparır, kosmosdan gələn hər səs siqnalını diqqətlə incələyirdi. Lakin NASA son açıqlamasında bu axtarışların yeni istiqamət üzrə aparılacaqğını bildirib. Belə ki, artıq bu axtarışlar təkcə radio siqnal və dalğlarıyla aparılmayacaq. Planetlər üzərində yadplanetlilərə aid ən kiçik izlər belə diqqətlə incələnəcək.

Bu, planetlər üzərində unudulan hansısa texnoloji cihaz, yaxud da əşya ola bilər. Alimlər bu əşyaların Günəş sistemində baş verən hadisələrin təsiriylə hətta Yer kürəsinə belə düşə biləcəyini ehtimal edir.

NASA bundan sonra yeni planletlər kəşf etməklə yanaşı, eyni zamanda Günəş sisteminə daxil olan planetlərdə yadplanetlilərə aid əşyaların axtarışını da həyata keçirəcək.