Narkotik satışı ilə məşğul olan şəxs saxlanıldı

31/01/2019 - 21:03 11 206 0   0  

Binəqədi Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində üzərində qanunsuz olaraq narkotik daşımaqda şübhəli bilinən Bakı şəhər sakini A.Məmmədov saxlanılıb.

DİN Mətbuat xidmətindən verilən məlumata görə, şəxsi axtarış zamanı ondan heroin götürülüb.

Davam etdirilən tədbirlərlə narkotik vasitəni ona satmaqda şübhəli bilinən paytaxt sakini, əvvəllər məhkum olunmuş M.İsakov da müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılıb, ondan heroin götürülüb.

Araşdırma aparılır.