''Nardaran məhbusları'' da aclıq aksiyasına başlaya bilər

28/01/2019 - 19:57 10 126 0   0  

“Müsəlman Birliyi” Hərəkatı bəyanat yaydı.

“Müsəlman Birliyi” Hərəkatı həbsdəki liderlərinin həyati təhlükəsilə bağlı bəyanat yayıb.

Bəyanatda deyilir ki, təşkilatın sədri Taleh Bağırzadəyə və İdarə Heyətinin üzvlərinə qarşı həbsxanada olan təzyiqlər son zamanlar heç vaxt olmadığı qədər dəhşətli həddə çatıb. 
Belə ki, hacı Taleh Bağırzadəni özünü fiziki və psixoloji olaraq idarə edə bilməyən məhbuslarla eyni kamerada saxlayırlar. Söhbət daha əvvəllər özünə və başqa məhkumlara həyati təhlükə törətmiş məhbuslardan gedir:

“Məsələn, son olaraq hacı Taleh ilə eyni kameraya göndərilmiş məhkum öncəki kamera yoldaşını yatağı ilə birlikdə yandırmağa çalışan, öz təbii ehtiyaclarını yatağındaca yerinə yetirən, müxtəlif xəstəliklərə zəmin yaradan iyrənclikləri adi hal kimi edən biridir”.

Həmçinin bildirilir ki, Hərəkatın İdarə Heyətinin digər üzvləri tez-tez sözlü və əməli təhqirlərə məruz qalır, digər məhbuslarla münaqişəyə girməyə sövq edilir, ən adi hüquqlarından belə müxtəlif bəhanələrlə məhrum edilir, bu haqsızlığa etiraz edəndə isə, işgəncəyə məruz qalır və cəza kamerasına (kars) salınır:

“Son günlərdə xüsusilə Abbas Hüseyn və Cabbar Cabbarov daha sərt təzyiqlərə məruz qalır.

Sadaladıqlarımız yalnız deyə bildiklərimizdir. Amma bizi düşünənlərin daha çox narahat olmaması və qəlblərinin, qürurlarının incinməməsi üçün demədiyimiz daha çox məsələlər mövcuddur.

Zaman göstərir ki, bu mənfi tendensiya artan qrafik üzrə hərəkət edir”.

Bildirilir ki, bunları nəzərdə tutaraq və bütün baş verə biləcək halları gözə alaraq, “Müsəlman Birliyi” Hərəkatının həbsdə olan sədri və İdarə heyətinin üzvləri, sözügedən təzyiqlərə son verilməyəcəyi təqdirdə müddətsiz aclıq aksiyasına başlayacaq.

“Kimsə düşünürsə ki, belə aclıq aksiyası həyati təhlükə, öz canına qəsd ola bilər, bunu bilməlidir ki, zatən hazırda hər gün və hər gecə canımıza qəsd edilməsi və həyati təhlükə ilə qarşı-qarşıyayıq. Və bu aksiya da belə vəziyyətin dəyişməsi üçündür,” – deyə hətəkatın həbsdə olan üzvləri bəyan edib.

Nardaran hadisələrinə görə 20 il azadlıqdan məhrum edilmiş Abbas Hüseynovun saxlandığı Qobustan həbsxanasında yanvarın 13-də döyülüb işgəncələrə məruz qaldığı, daha sonra naməlum istiqamətə aparıldığı bildirilirdi. 

Sonradan onun işgəncə faktı ilə əlaqədar verdiyi şikayəti araşdırmaq üçün Kürdəxanı həbsxanasına gətirildiyi bildirildi. Bir müddət öncə isə Taleh Bağırzadənin təzyiqlərə görə özünə xəsarət yetirməsinə dair məlumatlar yayıldı.

2015-ci il noyabrın 26-da Nardaranda 6 nəfərin ölümü ilə nəticələnmiş polis əməliyyatı nəticəsində T.Bağırzadə və digərləri həbs olunub. Onlara qarşı qəsdən adam öldürmə, terrora çağırış, dövlət çevrilişinə cəhd də daxil olmaqla, 20-dən çox ağır maddə ilə ittiham irəli sürülüb. T.Bağırzadə və A.Hüseynov 20 il azadlıqdan məhrum edilib.

Onlar özlərini təqsirli bilmir, ittihamların yalan olduğunu, polislərin evdə namaz qıldıqları vaxt insanlara silahlı hücum edib, altı nəfəri qətlə yetirdiyini bildirir.“Müsəlman Birliyi” Hərəkatı bəyanat yaydı

Onlar özlərini təqsirli bilmir, ittihamların yalan olduğunu, polislərin evdə namaz qıldıqları vaxt insanlara silahlı hücum edib, altı nəfəri qətlə yetirdiyini bildirir.  //MeydanTV