“Nə prezident, nə də baş nazir olmaq istəmirdim” - Vladimir Putin

13/12/2018 - 21:06 2 527 0   0  

Vladimir Putin Rusiya prezidenti peşəsini seçməyib və ona hazır olmayıb.

Suveren.az yerli KİV-ə istinadən bildirir ki, bunu Yaroslavlda keçirilən “ProyeKTOriya” Ümumrusiya peşəkar naviqasiya forumu çərçivəsində baş tutan açıq dərsdə Rusiya prezidenti özü deyib.

“Mən bu peşəni seçməmişəm. Rusiyanın birinci prezidenti Boris Yeltsin məni yanına çağırdı və dedi: “Sizin Dövlət Dumasına namizədliyinizi vermək istəyirəm ki, əvvəlcə baş nazir olasınız, sonra isə prezident seçkilərinə qatılasınız. Razısınız?”.

Mən ona “yox” cavabını verdim”, - rusiyalı lider bildirib və əlavə edib ki, cavabdan təəccüblənən Yeltsin bunun səbəbini soruşub.

“Mən ona dedim: “Boris Nikolayeviç, mən hazır deyiləm”. Mən onda böyümüşdüm və bir sıra dövlət strukturlarında çalışmışdım”, - prezident deyib və şagirdlərə məsləhət görüb ki, həyatlarının vacib qərarlarını mümkün qədər tez versinlər.