Müştərini öldürüb ətindən yemək bişirdi – DƏHŞƏT

01/11/2018 - 22:08 3 271 0   0  

Tailandın paytaxtı Bankokda sadəcə vegetarianlara xidmət edən bir restoranın sahibinin gələn müştəri ilə mübahisə etdikdən sonra onu öldürdüyü bildirilir.

Suveren.az bu barədə “Asia one” nəşrinə istinadən xəbər verir. Belə ki, məsələ müştərilərin yediyi yeməkdən kiçik ət parçaları tapdıqdan sonra restorandan polisə şikayət vermələri ilə böyüyüb.

Polis məmurları restorana baş çəkərək məsələ ilə maraqlanmaq istədikdə gördükləri qarşısında təəccüblərini gizlədə bilməyiblər.

Restoranın soyuducu hissəsində parçalanmış cəsəd tapılıb. Polisin araşdırmasından sonra məlum olub ki, bu cəsəd 21 oktyabrdan sonra itkin düşən 61 yaşlı vətəndaşa aiddir.

Restoran sahibinin bu addımı öz cinayət əməlini ört-basdır etmək üçün etdiyi bildirilir. Yəni cəsədi itirmək üçün müştərilərin yeməyinə ət qatıb.

Şübhəli bilindiyi cinayət əməlindən sonra restoran sahibinin qaçdığı və hələ də harada olmasının bilinmədiyi söylənilir. Onun kiçik hissələrə ayırdığı cəsəddən neçə müştəriyə yedirtdiyi də məlum deyil.