Məşhur futbolçu ailəsini dolandıra bilmir

28/12/2018 - 23:25 1 504 0   0  

Türkiyənin “Kayserispor” klubunun hücumçusu Asamoa Qyanın bank hesabında cəmi 760 dollar qalıb.

Suveren.az oxu.az-a istinadla xəbər verir ki, Qana millisinin futbolçusu aylarla məvacib almadığını və ailəsini saxlaya bilmədiyini dilə gətirib.

Pul olmadığından Qyan Milad bayramında övladlarının yanına gedə bilməyib.

Qeyd edək ki, Qyan “Udineze”, “Renn”, “Sanderlend” kimi klublarda çıxış edib. O, Qana millisinin tarixində ən çox qol vuran oyunçudur.