Motosikletin qəzaya uğraması nəticəsində 2 nəfər xəsarət aldı

20/12/2018 - 22:29 10 132 0   0  

Bu gün axşam saatlarında “Noxudlu yolu“ deyilən Salyan-Sabirabad avtomobil yolunun Sabirabadın Salmanlı kəndindən keçən hissəsində yol-nəqliyyat hadisəsi baş verib.

Suveren.az virtualaz.org-un Şirvan bürosuna istinadla xəbər verir ki, motosikletin “Mercedes” markalı minik avtomaşını ilə toqquşması nəticəsində motosikletdə olan Salyan rayonunun Çuxanlı kənd sakinləri olan iki qardaş - 46 yaşlı Rauf Abdulhəsən oğlu Mirzəyev və 50 yaşlı Seymur Abdulhəsən oğlu Mirzəyev müxtəlif dərəcəli bədən xəsarətləri ilə Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.