Moskvada qeyri-qanuni işləyən erməni miqrant: - “Ermənistanda iş yoxdur”

06/12/2018 - 10:47 1 792 0   0  

“Deutschlandfunk” ictimai radiosunun internet səhifəsinin xəbərlər bölməsində müəllifi Kristof Kerstinq olan “Xaricdə ağır işlər” başlıqlı məqalə dərc edilib.

"Report"un məlumatına görə, məqalədə “rəsmi rəqəmlərə əsasən doqquz milyon erməninin vətənlərində yaşayan ailələrini təmin etmək üçün iş tapmaq məqsədilə xaricə üz tutduğu, ən azı bir milyonunun Rusiya və ya Ukraynada icazəsiz işlədiyi” bildirilir. Məqalədə “ailə başçılarının əksəriyyətinin öz vətənlərində işləyərək ailələrini təmin edə biləcəkləri günü gözlədikləri” qeyd olunur.
Məqalədə Ermənistandakı acınacaqlı sosial və iqtisadi vəziyyət Tumasyan ailəsinin nümunəsində şərh olunur. Məqalədə “Tumasyan ailəsinin iki, 10 və 12 yaşlı oğlan uşaqlarının olduğu, ailəsini təmin etmək məqsədilə 10 ildir ki, Rusiyanın paytaxtı Moskva şəhərində yerləşən tikinti obyektlərində qeyri-qanuni olaraq işləyən ailə başçısı Hamlet Tumasyanın hər ilin sonunda, yeni il ərəfəsində Ermənistana qayıdaraq 6 həftə öz ailəsi ilə keçirərək yanvar ayında yenidən Rusiya Federasiyasına qayıtmaq məcburiyyətində qaldığı qeyd olunur və bunun Ermənistan cəmiyyətinin bugünkü reallığını əks etdirdiyi” bildirilir.
Məqalədə “ailənin Gümrü şəhərinin kənarında yerləşən 19-cu əsrdə inşa edilmiş birmərtəbəli evdə yaşadığı, Gümrü şəhərində elektrik enerjisinə qənaət etmək məqsədilə şəhər küçələrindəki işıqların söndürülməsi səbəbilə ailənin yaşadığı evin qarşısındakı yolun gecə vaxtı işıqlandırılmadığı” qeyd olunur.
Məqalədə ailəni ziyarət etməyə gəlmiş uşaqların xalası, Qretanın aşağıdakı sözləri qeyd olunur: “Burada iş yoxdur və bu böyük problemdir. Burada iş olsaydı qardaşım Rusiyada qeyri-qanuni işləmək məcburiyyətində qalmazdı. Mən özüm 30 ildən artıqdır ki müəllimə işləyirəm, ailəmin mənsub olduğu kənddəki məktəbdə kimya və biologiyadan dərs deyirəm. Bu uşaqları hər ay özümlə məktəbə aparıb gətirirəm. Onların oradakı məktəbə getməsinin səbəbi isə buradakı, şəhərdəki məktəblərin baha olmasıdır.”
Jurnalist Tumasyan ailəsində olarkən Rusiyanın paytaxtı Moskva şəhərində qeyri-qanuni olaraq işləyən ailə başçısı ilə internet vasitəsilə əlaqə yaradır və H.Tumasyan işi haqqında danışır: “Biz burada, tikinti sahəsində yerləşən bir otaqda altı nəfərik və hamımız erməniyik. Biz burada, işlədiyimiz yerdə yatırıq. 12 saat işləyirik və bizə ay ərzində bir gün istirahət verilir. Bu işə görə hər ayın sonunda 400 avro nəğd formada maaş alıram. Çox azdır, amma nə etmək olar?!”