Moskvada onlarla kriminal avtoritet saxlanıldı - FOTO - VİDEO

24/06/2020 - 09:55 6 475 0   0  

Rusiyanın hüquq-mühafizə orqanları paytaxt Moskvanın şimalındakı kafelərdən birində kriminal avtoritetlərin yığıncağını yarımçıq kəsib.

"Report" xəbər verir ki, bu barədə mənbəyə istinadən "Kommersant" qəzeti bildirib. 

 

Qəzetin məlumatına görə, Altufyevsk şosesindəki kafedə təxminən 30 nəfər toplaşıb. Onların yaxalanması əməliyyatının gedişatında bir nəfər müqavimət göstərib. Nəticədə o, güllə yarası alıb. 

 

 

"REN TV" telekanalı isə bildirib ki, asayiş keşikçiləri kafedə etnik cinayətkar qruplaşmalarla əlaqəsi olan 80-100 insanın toplaşması barədə məlumat alıblar. 

 

 

Vurğulanır ki, içəridəkilər kafenin qapılarını ancaq iki saat sonra açmağa razı olublar. Saxlanılanlardan dörd travmatik tapança götürülüb. İlkin məlumata görə, polis bölməsinə 20-dən çox insan aparılıb.