Moskvada müəllim nə qədər maaş alır?

31/10/2018 - 16:36 901 0   0  

Rusiya paytaxtı Moskvada müəllimlərin orta maaşının məbləği açıqlanıb

Novator.az-ın məlumatına görə, 2018-ci il oktyabrın 1-nə Moskva məktəblərində müəllimlərin orta maaşı 22% artaraq 105 min rubla (2720 manat) yüksəlib. Ötən ilin müvafiq dövründə orta maaş 85 min 900 rubl (2225 manat) olub.
Müəllimlərin maaşlarında artıma özəl şəhər ödənişlərinin təsir etdiyi bildirilir. 2018-ci ilin avqustundan 25 şagirdlik sinfə rəhbərlik edən müəllimlər 12 min 500 rubl (324 manat) məbləğində əlavə mükafat alır.