Moskva sərhəd məsələsində vasitəçilik təklif etdi - BİRGƏ KOMİSSİYA YARADILA BİLƏR

19/05/2021 - 10:40 3 440 0   0  

Rusiya Federasiyası Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) çərçivəsində Yerevana və Bakıya sərhəddəki vəziyyətin həllində kömək təklif edib.

Bunu Rusiya Xarici işlər naziri Sergey Lavrov Tacikistan Xarici işlər naziri Sirociddin Muhriddin ilə keçirdiyi mətbuat konfransında deyib.

XİN rəhbəri bildirib ki, Rusiya sərhəd demarkasiyası üzrə Ermənistan-Azərbaycan birgə komissiyasının yaradılmasının tərəfdarıdır və bu məsələdə vasitəçi olmağa hazırdır: “Dünən qeyri-rəsmi olaraq KTMT xarici işlər nazirlərinin işinə başladıq. Erməni həmkarımızın xahişinə baxdıq və bu tələbə uyğun olaraq Bakı və Yerevan arasındakı münasibətləri müzakirə etdik... Tərəflərlə ilkin razılaşmaya əsasən, sərhədin delimitasiyası və demarkasiyası üçün Rusiya ortaq Ermənistan-Azərbaycan komissiyası yaratmağı təklif edib və bu komissiyada tərəflərin istəyinə uyğun olaraq, Moskva ya məsləhətçi, ya da vasitəçi kimi iştirak edə bilər”./Virtualaz.org