“MÖHÜR” layihəsinin yaradılmasından bir il ötdü

02/08/2021 - 20:54 3 412 1   0  

01.08.2021 tarixində sosial şəbəkələr platformasında cənab Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın təbliğatı üçün nəzərdə tutulmuş MÖHÜR layihəsinin fəaliyyətinin 1 yaşı qeyd olunmuşdur.

Tədbirdə MÖHÜR layihəsinin idarəetmə komandası iştirak edərək bu bir il ərzində görülən işlərdən və gələcək planlardan danışılmışdır. Tədbirdə iştirak edən "VƏTƏN NAMİNƏ BİRLİK" Partiyası sədri Emin Babayev MÖHÜR  komandasına uğurlar arzulamış və bundan sonra daha da böyük nailiyyətlər diləmişdir. Layihənin rəhbəri Nəvahid Abdullayev bu layihənin belə uğurlu olmasının əsas səbəbini MÖHÜR komandasının öz işlərinə peşəkar yanaşmalarında və həqiqətən tam səmimi olaraq çalışmalarında olduğunu qeyd etmişdir. Layihənin fəaliyyətə başlamasından bir il keçib, amma sosial şəbəkələrdə ən çox izlənən səhifə və qruplardan biri kimi çox yüksək reytinqə sahibdir. Hal-hazırda MÖHÜR Facebook səhifəsi, MÖHÜR könüllüləri qrupu, MÖHÜR instagram, MÖHÜR Twitter, MÖHÜR Telegram və MÖHÜR YouTube kanalı fəaliyyət göstərir. Yaxın zamanlarda MÖHÜR info.az saytı da fəaliyyətə başlayacaqdır. MÖHÜR layihəsi fəaliyyət göstərdiyi ilk gündən qarşıya qoyulan bir hədəf üçün çalışır və bu hədəfə çatmaq üçün yazılan strategiyaya uyğun planlı şəkildə hərəkət edir. Hədəf isə bütün aktiv olan sosial şəbəkə platformalarında cənab Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın apardığı uğurlu siyasəti mümkün olduğu qədər daha çox izləyiciyə çatdırmaqdır. MÖHÜR layihəsi komandasına bundan sonrakı fəaliyyətlərində uğurlar arzulayırıq və bir yaşlarını təbrik edirik. Bir yaşın mübarək MÖHÜR!

Ü. Şükürova