"Məni ömürlük şikəst ediblər..." - GİLEY

14/03/2019 - 10:16 2 452 0   0  

Ucar şəhəri S.Vurğun küçəsi ev 21 sakini Əhmədov Hüseyn Canpolad oğlu DİA.AZ-a şikayət ərizəsi ünvanlayıb. Narazı vətəndaş yazır:

"Bu şikayətimdə yazıb bildirirəm ki, Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun Travmatologiya Bölməsinin rəhbəri Qələndər Canbaxışov pulumu alıb səhv cərrahiyyə əməliyatı aparıb məni ömürlük şikəst edib ziyanlar vurmuşdur.
Belə ki, ayağımda topuğun qamış sümüyü sınmasına görə Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun Travmatologiya Bölməsinin rəhbəri Qələndər Canbaxışova müraciət etdim.Qələndər həkim məndən 800 manat pul alıb cərrahiyyə əməliyatı etdi.Əməliyyatdan bir neçə gün sonra yeriyən zaman məlum oldu ki, sağ ayağım 5 sm yerə çatmır.Bunun isə Qələndər Canbaxışovun səhv cərrahiyyə əməliyyatı nəticəsində baş verməsi müəyyən olundu.Qələndər həkim mənə məsləhət gördüki sən intensiv masaj terapeyası keməlisən ki, ayağındakı şikəstlik düzəlsin.

"Məni ömürlük şikəst ediblər..."

Bundan sonra mən inanıb həmin xəstəxanada günü 20 manata 1 ay masaj olundum, ancaq heç bir faydası oladı.Bu xəstəxanada Qələndər həkimin rəhbərliyi ilə məni soydular.Cərrahiyyə əməliyyatına 800 manat, ayağımdan şurub çıxarılması üçün 200 manat, sarğı açıb bağlamaq üçün hər gün 20 manat və sairə xərclərlə məni borca salsalarda sağalmamağım mənə iki qat ziyan vurdu.
Həmin pulu borc alıb Qələndər həkimə vermişəm.Atam və anam xəstəliyə görə 1-ci qrup əlildirlər, himayəmdə 4 azyaşlı uşaqlarım var.İndi ayağımda həkim səhlənkarlığına səriştəsizliyinə görə yaranmış şikəstlik məni çox narahat edir.Qeyd edim ki, Qələndər Canbaxışov əməkdar həkim, professor, tibb elmləri doktorudur.Ancaq bu adların heç biri bu səriştəsiz, savadsız adama layiq deyil.Bu adama tibb elimlərinin bəlası adı verilsə düzgün olar. Belə korrupsiyaya qurşanmış savadsız, səhlənkar və səriştəsiz həkimlərin yeri əslində zindan olmalıdır.Çünki onlar öz maddi maraqlarına görə insanları məhv və şikəst edirlər.Belə yaramaz həkimin mənə vurduğu ziyanın məbləği küllü miqdardadır.Çünki ayağımdakı şikəstliyin düzəlməsi üçün Türkiyədə cərrahiyyə əməliyyatı olunmalıyam ki, buna mənim maddi imkanım yoxdur.Mən çəkdiyim xərci həkim Qələndər Canbaxışovdan qaytarmasını istəsəmdə mənə rədd cavabı verib dedi ki, xoşun gəlmir get şikayət et.Diqqət edin ki, bu saxtakar həkim ona yaraşmayan saxta titullarına görə çox arxayındır deyə vətəndaşı şikəst etdiyi azmış hələ ona minnətdə qoyur.Buna isə cəzasızlıqdan azğınlaşma deyilir".

"Məni ömürlük şikəst ediblər..."

Daha sonra DİA.AZ-a daxil olan müraciətdə qeyd olunur:"Mən mətbuat vasitəsi ilə prezident cənab İlham Əliyevə müraciət edib xahiş edirəm səriştəsizliyinə, savadsızlığına görə məni şikəst etdiyi üçün Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun Travmatologiya Bölməsinin rəhbəri Qələndər Canbaxışovun barəsində ciddi tədbirlər görəsiniz, məndən aldığı pulun özümə qaytarılmasına köməklik göstərəsiniz".

İddia olunanlarla bağlı dia.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...