Məktəblilər bu tarixdə qış tətilinə çıxacaq

22/01/2019 - 12:53 11 863 0   0  

Bu həftə Azərbaycanın orta məktəblərində qış tətili başlayır.

Suveren.az xəbər verir ki, 2018-2019-cu dərs ilinin 5 günlük tətilinə yanvarın 27-də start veriləcək.
Tətil yanvarın 31-dək davam edəcək. Fevralın 1-də dərs olacaq.
Qeyd edək ki, məktəblərdə dərs məşğələləri sentyabrın 15-də başlayıb iyunun 14-də başa çatır. Dərs ili iki yarımilə bölünür. Birinci yarımil 15 sentyabr - 26 yanvar, ikinci yarımil isə 1 fevral - 14 iyun tarixlərini əhatə edir.