Məktəbə SİLAHLI HÜCUM: Ölən və yaralananlar var

29/01/2019 - 09:52 1 255 0   0  

ABŞ-ın Texas ştatında məktəbə silahlı hücum olub.
Hyuston şəhərində yerləşən məktəbə hücum nəticəsində 5 polis yaralanıb.
Hyuston şəhər bələdiyyə sədri Silvester Törnr olayla bağlı verdiyi açıqlamada cinayətkarın polis tərəfindən ölü şəkildə ələ keçirildiyini deyib.
Hücumun səbəbi hələ ki, müəyyən edilməyib.
Ətrafdakı şəxslərin hadisə yerindən uzaq durması ilə bağlı xəbərdarlıq verilib.