Əmək və əhalinin sosial müdafiəsi naziri vəzifəsindən azad edilib - Naxçıvanda FƏRMAN

20/12/2018 - 21:26 805 0   0  

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov dekabrın 20-də Cavid Səfərovun Naxçıvan Muxtar Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri vəzifəsindən azad edilməsi haqqında Fərman imzalayıb.

Suveren.az “Nuhçıxan” agentliyinə istinadən xəbər verir ki, Fərmanda deyilir:

“Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 22-ci bəndini rəhbər tutaraq qərara alıram:

Cavid Fəxrəddin oğlu Səfərov Naxçıvan Muxtar Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri vəzifəsindən azad edilsin”.(Virtualaz.org)