Misirdə səkkiz ekstremistə ölüm cəzası verildi

07/11/2018 - 21:58 4 210 0   0  

Misirin İsmailiya əyalətinin hərbi məhkəməsi Sinay yarımadasının şimalında hərbçilərə qarşı silahlı hücumlarda ittiham olunan səkkiz ekstremisti qiyabi ölüm cəzasına məhkum edib.

Bundan əlavə, 32 nəfərə ömürlük həbs, iki nəfərə isə 15 il müddətinə azadlıqdan məhrumetmə cəzası verilib.

İttiham olunan şəxslər 2016-cı ildə Misirin Sinay yarımadasında hərbi obyektlərə silahlı hücumlar etməkdə təqsirləndirilirlər. Həmin hücumlar nəticəsində 14 hərbi qulluqçu həlak olmuşdu.