Millimiz Küveytlə bərabərə qaldı

24/01/2019 - 22:27 1 033 0   0  

Avropa çempionatının elit-raunduna hazırlaşan 19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi bu gün yoxlama oyunu keçirib.

Suveren.az xəbər verir ki, Vüqar Məmmədin rəhbərlik etdiyi kollektiv Küveytdən olan həmyaşıdları ilə qarşılaşıb. Azərbaycan millisi rəqibiylə qollu bərabərə qalıb – 1:1. Matçda Azərbayacnın yığmasının yeganə qolunu Sərhat Taşdəmir vurub.

Türkiyədəki təlim-məşq toplanışında 19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi ilk yoxlama matçında Rusiyanın “Krasnodar-3” klubuyla 1:1 hesablı heç-heçə edib.

Yoxlama oyunu

24 yanvar

Azərbaycan U-19 – Küveyt U-19 1:1

Qol: Sərhat Taşdəmir, 52.