Milli Məclisin növbədənkənar iclası çağırıldı - YENİLƏNİB

02/07/2019 - 23:01 2 464 0   0  

Milli Məclisin mətbuat xidmətinin rəhbəri Akif Nəsirov virtualaz.org-un sorğusuna cavab olaraq təsdiq edib ki, yaxın günlərdə parlamentin növbədənkənar sessiyasının keçirilməsi gözlənilir.

*** 13:26

İyulun 9-da Milli Məclisin növbədənkənar iclası çağırılıb.
Bu barədə məlumat verən deputat Fazil Mustafa etiraf edib ki, bu, Milli Məclisin iyul ayında növbədənkənar sessiyaya çağırıldığı ilk haldır.
Eyni zamanda, F.Mustafa qeyd edib ki, növbədənkənar sessiyanın gündəliyi haqqında heç bir məlumatı yoxdur.