Milli Məclis yaşayış minimumu və ehtiyac meyarını təsdiqlədi

27/11/2018 - 17:02 652 0   0  

“Azərbaycan Respublikasında 2019-cu il üçün yaşayış minimumu haqqında”, “Azərbaycan Respublikasında 2019-cu il üçün ehtiyac meyarının həddi haqqında” qanun layihələri ikinci oxunuşda müzakirə edildi.

Komitə sədri Hadı Rəcəbli dedi ki, ehtiyac meyarı 143 manat təşkil edəcək ki, bu da əvvəlki ildən 13 manat artıqdır. Bu, həm də əlavə vətəndaşların ünvanlı sosial yardım almasına imkan verəcək. Hesab edirəm ki, 143 manat normal rəqəmdir. Yaşayış minimimu isə 173 manatdan 180 manata qaldırılıb.

Spiker O.Əsədov maliyyə nazirinə müraciət etdi: “Samir müəllim, gələn il yaşayış minimumu və ehtiyac meyarı ilə bağlı qanuna baxmaq lazımdır. Hər il eyni məsələləri təkrar edirik”.