Mikroavtobus "Moskviç"lə toqquşdu - Xəsarət alanlar var

19/11/2018 - 20:46 490 0   0  

Bərdə rayonunda yol qəzası baş verib.

Hadisə Yevlax-Ağdam avtomobil yolunun Bərdə rayonunun Həsənqaya kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

"Ford" markalı mikroavtobusla "Moskviç" markalı minik avtomobili toqquşub. Nəticədə hər iki avtomobilin sürücüsü və minik avtomobilinin sərnişini müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar Bərdə Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.(Report)