Mik Malveni Ağ Evin Aparat rəhbəri təyin ediləcək

15/12/2018 - 21:31 1 291 0   0  

ABŞ prezidenti Donald Tramp Ağ Evin inzibati-büdcə idarəsinin direktoru Mik Malvenini Ağ Evin Aparat rəhbəri vəzifəsinə təyin etmək niyyətindədir.

Suveren.az xəbər verir ki, bu barədə ABŞ prezidenti öz "Twitter" hesabında yazıb.

"İnzibati-büdcə idarəsinin direktoru Mik Malveninin namizədliyi ölkəmizə çox gözəl xidmət edən general Con Kellinin gedişindən sonra Ağ Evin Aparat rəhbəri vəzifəsinə irəli sürüləcək", - deyə D.Tramp bildirib.