Məhkəmə Köçəryanı Yeni il öncəsi həbsdən azad etmədi

28/12/2018 - 21:21 8 350 0   0  

Ermənistan Apellyasiya məhkəməsi 2008-ci ildə konstitusion quruluşun devrilməsi ittihamı ilə həbsdə olan keçmiş prezident Robert Köçəryanın girov müqabilində azad edilməsi məsələsi üzrə iclası təxirə salıb. Virtualaz.org “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bunu jurnalistlərə Köçəryanın vəkili Aram Orbelyan deyib.

Vəkilin fikrincə, təxirə salınmanın səbəbi gülüncdür, belə ki, səbəb kimi müstəniqin “həddən artıq məşğul olması” göstərilib.

“Bizim istintaq orqanlarımız hesab ediblər ki, çox məşğuldurlar və iş günündən sonra işləyə bilməzlər. Onların tələbi ilə Köçəryanın azad edilməsi üzrə işin dinlənilməsi yanvarın 9-na təxirə salınıb”, - Orbelyan biildirib.

Onun sözlərinə görə, müstəntiq bilərəkdən məsələnin baxılmasını uzadıb. O, əvvəlcə hakimin işdən uşaqlaşdırılması barədə vəsatət verib, vəsatətə baxıliinca vaxt keçib. O əlavə edib ki, bu, hüquqdan sui-istifadənin klassik üsuludur.

Dekabrın 26-da Ermənistanın keçmiş prezidentinin vəkilləri məhkəməyə qətimkan tədbirinin dəyişdirilməsi və girov müqabilində azadetmə haqqında iddia təqdim ediblər.