Məhkəmə dilənçiliyi qadağan etdi

19/12/2018 - 14:15 454 0   0  

İsveçdə məhkəmə ölkənin cənubundakı Vellinge şəhərində pul dilənməyi qadağan edib.

Trend-in məlumatına görə, bu qərar dilənçilər tərəfindən bir neçə dəfə ictimai asayişin pozulması ilə əlaqədar qəbul edilib.

Eyni zamanda, hüquq müdafiəçiləri məhkəmənin bu qərarını tənqid edib. Onların fikrincə, bu, ən yoxsul insanların cəmiyyətdən daha da təcrid olunmasına gətirib çıxaracaq.

Qeyd edək ki, dilənçiliyə qadağa Danimarka ərazisində qüvvədədir.