Metropolitendə "kütləvi ixtisar" davam edir: Sıra tunel işçilərinə çatdı

22/01/2019 - 17:40 11 485 0   0  

Təmizlik içşilərindən sonra "Bakı Metropoliteni” üzrə müxtəlif təyinatlı tunel işçiləri arasında da ixtisarların başladığı bildirilir.

"Bakı Metropoliteni”ndə başlayan ixtisar dalğası davamlı xarakter alır.
Xəbərə görə, artq ötən həftədən etibarən, metro tunellərində çalışan kiçik texniki işçilər arasında ixtisarlara start verilib.
Məlumatı dəqiqləşdirmək üçün əlaqə saxladığımız "Bakı Metropoliteni” mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov açıqlamasında ixtisarlar haqqında yayılan xəbərlərin həqiqətə uyğun olmadığını bildirib:
"Mən məsələni dəqiqləşdirdim, ancaq ixtisarlar barəsində deyilənləri təsdiqləyən heç bir informasiya yoxdur.
Sizə bu barədə kim məlumat veribsə, kim müraciət edibsə, heç olmasa, konkret bir sahənin, departamentin, struktur vahidinin adını açıqlasın.
Ancaq mən bütün sahələr üzrə dəqiqləşdirmişəm ki, belə bir hal yoxdur”.Yenicag