Messi "Mançester Siti"yə keçmək üçün Qvardiola ilə danışdı

28/08/2020 - 12:39 5 427 0   0  

İspaniyanın "Barselona" klubunun ulduz futbolçusu Lionel Messi karyerasını İngiltərə "Mançester Siti"sində davam etdirmək niyyətindədir. 

"Marca" xəbər verir ki, 33 yaşlı hücumçu "şəhərlilər"in baş məşqçisi Xosep Qvardiolaya zəng edib və onun komandasına qoşulmaq istədiyini söyləyib. 

Messi ailəsi ilə birlikdə Barselonadan ayrılmağı qərara alıb. Messinin qərarına "Mançester Siti"də çıxış edən argentinalı futbolçu Serxio Aquero ilə dost olması da təsir edib. 

Qeyd edək ki, Lionel Messi 2004-cü ildən “Barselona”nın əsas komandasında çıxış edir. Messi bu müddət ərzində bütün turnirlər daxil olmaqla, 731 matçda meydana çıxıb, 634 qol və 285 məhsuldar ötürmə ilə yadda qalıb. Futbolçu müqaviləsinə xitam verilməsi üçün müraciət etsə də, klub bundan imtina edib.