Merkel Argentinaya uçuşunu yarımçıq saxlayıb – Təyyarəsinin nasazlığına görə

30/11/2018 - 08:52 598 0   0  

Almaniya kansleri Angela Merkel hökumət təyyarəsində texniki nöqsan səbəbindən G20 sammitində iştirak etmək üçün Argentinaya uçuşunu yarımçıq saxlayıb. “Report” TASS-a istinadən xəbər verir ki, bu barədə cümə axşamı DPA məlumat yayıb.

Onun göyərtəsində olduğu təyyarə Niderland üzərindən uçan zaman heyət üzvləri hava gəmisini Almaniyaya qaytarmaq qərarına gəliblər.
Kanslerin uçuşu cəmi 1 saat çəkib. “Konrad Adenauer” təyyarəsi Kölndə uğurla eniş edib. Orada Merkel digər laynerə minəcək.