“Mercedes” “KamAZ”a ÇIRPILDI - ÖLƏNLƏR VAR

20/11/2018 - 14:39 4 303 0   0  

Xızı rayonunun Giləzi qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

DİN-dən Suveren.az-a verilən məlumata görə, noyabrın 19-da saat 22 radələrində Xızı rayonunun Giləzi qəsəbəsi ərazisində Siyəzən rayon sakini Şamil Ələkbərov idarə etdiyi "Mercedes” markalı avtomobili qarşıda gedən Bərdə rayon sakini Vüqar Həsənovun idarə etdiyi "KamAZ” markalı avtomobilə vurub. Nəticədə Ş.Ələkbərov və sərnişinlərindən İsmayıllı rayon sakini Leyla Mustafazadə hadisə yerində ölüb, digər 2 sərnişini xəstəxanaya yerləşdirilib.
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.