Mehman Hüseynovun işinə ATƏT-dən reaksiya

22/01/2019 - 20:18 11 776 0   0  

ATƏT Parlament Assambleyasının (PA) prezidenti Azərbaycanın istintaq orqanları tərəfindən Mehman Hüseynov barəsində cinayət işinin icraatına xitam verilməsi haqqında qərarı alqışlayır.

Suveren.az xəbər verir ki, bu barədə ATƏT PA-nın prezidenti Giorgi Tseretelinin bəyanatında bildirilir.

“Hüseynova qarşı yeni ittihamların ləğv olunduğuna, mart ayının əvvəlində azadlığa buraxılmasını gözləyə biləcəyinə xoşbəxtəm”, - deyə qeyd edən ATƏT PA-nın rəhbəri Mehman Hüseynova qarşı məhkəmə prosesini izlədiyini, Azərbaycan parlamentindəki həmkarları və hökumət nümayəndələrilə görüşlərində bu məsələyə toxunduğunu, Prezident İlham Əliyevin bu məsələyə şəxsən diqqət yetirdiyini vurğulayıb.