"Mehman Hüseynovu tanımıram, tanımaq da istəmirəm" - Araz Əlizadə

22/01/2019 - 12:59 11 722 0   0  

Xəbər verdiyimiz kimi, yanvarın 21-də həbsdə olan blogger Mehman Hüseynov barəsindəki cinayət işinin icraatına xitam verilib. 

SUVEREN.AZ xəbər veri ki,  big.az saytı məsələ ilə bağlı deputat Araz Əlizadənin fikirlərini öyrənməyə çalışıb. Millət vəkili Mehman Hüseynovu tanımadığını bildirib:
"Cənab prezidentimiz alicənab, xeyirxahdır. O, hər zaman insanlara mərhəmət göstərir. Arzu edərdim ki, çoxları ondan nümunə götürsün. Mən Mehman Hüseynovu tanımıram. Məhz ona görə onun haqqında heç bir proqnoz verə bilmərəm". 
Qeyd edək ki, M.Hüseynov 2017-ci il martın 3-dən həbsdədir. O, Suraxanı Rayon Məhkəməsinin qərarı ilə 2 il müddətinə azadlıqdan məhrum edilib. Qərar Nəsimi rayon Polis İdarəsinin rəisi Musa Musayevin xüsusi ittiham qaydasında etdiyi şikayət əsasında çıxarılıb. Bloqqer Cinayət Məcəlləsinin 147.2-ci (böhtan, ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) maddəsi ilə ittiham olunub.