MEHDİYEVİN NƏVƏSİNİN TOYUNDA İŞTİRAK EDƏN İCRA BAŞÇISI HAQDA ŞOK İDDİALAR - Asif Əsgərovu həbsdən kim və necə qutardı?

25/09/2020 - 12:26 3 550 0   0  

Tibb elmləri üzrə fəlsəfə doktoru, Rusiya Proktoloqlar Cəmiyyətinin, Çexiya Həkimlər Birliyinin və Avropa Endoskopik Cərrahlar Birliyinin üzvü Qafar Bədəlxan oglu İskəndərovun “Regal” MTK tikinti şirkəti tərəfindən Nəsimi rayonu, N.Yusifbəyli küçəsindəki 25/27 nömrəli evinin söküldüyü haqda məlumat vermişdik. Qeyd etmişdik ki, evinin qanunsuz olaraq uçurulmasına rəğmən, qarşılığında kompensasiya ala bilməyən Q.İskəndərov uzun müddətdir haqqının bərpa olunması istiqamətində mübarizə aparır.
Xatırladaq ki, Qafar İskəndərovun Bakı şəhərində olan yeganə evi 2017-ci ilin may ayının 16-da sözügedən tikinti şirkətinin rəhbərliyi və sahibləri tərəfindən razılaşma və müvafiq məhkəmə qərarı olmadan darmadağın edilib. Bununla bağlı Muxalifet.az saytı vasitəsilə dəfələrlə ölkə rəhbərliyinə və aidiyyəti qurumlara, hətta Səudiyyə Ərəbistanının Kralına və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana və Rusiya prezidenti Vladimir Putinə müraciət etsə də, Q.İskəndərovun şikayətinə hələ də baxan yoxdur.
Q.İskəndərov saytımız vasitəsilə növbəti dəfə Azərbaycan Prezident Administrasiyasının rəhbərinə, Daxili İşlər nazirinə, Baş prokurora və Dövlət Təhlükəsizlik Xidmətinin rəisirinə şikayət məktubu ünvanlayıb. Həmin məktubu olduğu kimi dərc edirik:

“Sizlərə qısaca olaraq bildirim ki, 16 may 2017-ci ildə Bakı şəhəri N.Yusifbəyli 25/27 ünvanında olan yeganə evim  Nəsimi rayonunu icra başçısı Asif Əsgərovun göstərişi ilə “Regal” MTK tərəfindən qanunsuz olaraq, heç bir hüqüqu mənbəyə və ya sənədə əsaslanmadan sökülüb, darmadağın edilib. Bu müraciətim ünvanlanan dövlət orqanlarının etinatsızlığı, rüşvətxorluğu nəticəsində bu günə qədər də hüqüqlarım tapdalanır və bu orqanların hamısı mənim qarşımda üzü kölgəlidirlər. Çox təəssüflər olsun.
Nəsimi rayonunu icra başçısı Asif Əsgərov uzun müddətdir ki, Bakı şəhərində “rekord söküntülər” aparmaqla məşğuldur. Ona heç bir dövlət qrumu tərəfindən söz deyə biləcək bir şəxs tapılmır. Nə üçün?
Asif Əsgərov Səbayıl rayonunda icra başçısı işlədiyi müddətdə satmadıği yer qalmamışdı. Hətta Bayıl yamacını da satdı və sonda orada torpaq sürüşməsi baş verdi. Nəticədə makler tutuldu, hakbuki torpağı satan Asif Əsgərov olmuşdur. O, cinayət məsuliyyətindən necə uzaqlaşdırıldı?
2015-ci ildə Ramiz Mehdiyevin təqdimatı ilə möhtərəm Prezident Asif Əsgərovu Səbayıl rayon icra başçısı vəzifəsindən azad edərək, onu Nəsimi rayon icra başçısı vəsifəsinə təyin etdi. İnterneti izləsəniz, Asif Əsgərovun Nəsimi rayon ictimaiyyətinə Ramiz Mehdiyev təfərindən təqdim olunmasını görə bilərsiniz.
Prezident Aparatının protokoluna əsasən, təqdimat Ramiz Mehdiyevin səlahiyyətlərinə aid deyil. Lakin Ramiz Mehdiyev Asif Əsgərovu təqdim etməklə göstərdi ki, “bu mənim adamımdır, Səbayıl rayonunu necə dağıdıb, cinayət məsuliyyətindən kənarda qalıbsa, Nəsimi rayonunu da bu qaydada satıb dağıdacaq, hec kim ona söz deyə bilməz”.

Asif Əsgərov
Asif Əsgərov Nəsimi rayonunda olan sovet dövründən qalmış bütün uşaq meydançalarını öz ata malı kimi satmışdır, xüsüsi ilə  mikrorayonlarda. Nəsimi rayonunda tikinti şirkətlərinə ayırdığı hər bir sahəyə görə 1 000 000 (bir milyon) rüşvət alıb, “Regal” MTK şirkətinə 3 yerdə tikinti sahəsi (Tibb universitetinin terapettik korpusunun yanında, “Təzə bazar”ın yanında və “Nəsimi bazarı”nın yaxnlığında) ayırdığı üçün 3 000 000 (üç milyon manat )təkcə “Regal” MTK sirkətindən rüşvət almışdır. Lakin Nəsimi rayonunda onlarla sirkət bir neçə yerdə tikinti aparır. Deməli, onun rüşvət alması 10 milyonlarladır. Bu barədə mən DTX-nın rayonlarda 50, 60 manat rüşvət alan icra başçılarını həbs etməsi, lakin Bakının göbəyində olan icra başçısı Asıf Əsgərovu görməməsi barədə yazmışdım. Statistika aparılarsa, söküntü aparması, vətəndaşların evini əlindən alması, məhəllələrdə olan əyləncə sahələrinin satılmasına görə Asif Əsgərov Ginesin rekordlar kitabına düşə bilər.
Mənim evimin də söküntüsü birbaşa Nəsimi rayon icra başçısı Asif Əsgərovun göstərişi ilə olmuşdur, vətəndaşlar arasında hədə-qorxu yaratmaq üçün. Nə üçün DTX və Baş Prokurorluq bunlara reaksiya vermir?
Mənim aylıq əmək haqqım Asif Əsgərovun əmək haqqından dəfələrlə çoxdur, heç bir obyekt və ya evim yoxdur. Yeganə olan evimi isə vicdansiz məmur Asif Əsgərov tikinti şirkətinin küt baltasına saplıq edərək, əlimdən almışdır. 4 ildir ki evsiz qalmışam və 4 il əmək haqqımı (hər il yüz doqquz min yüz amerika dolları 109.100) itirmişəm.
Məgər DTX və Baş Prokururluq Asif Əsgərovun Səbayel rayonunda olan mərasim evlərini, futbol meydançasını, otellərini görmürmü? Türkiyədə olan biznes və obyektlərindən xəbərləri yoxdurmu? Asif Əsgərov bu obyektləri hansı pulla almışdır? Aidiyyəti orqanlar Asif Əsgərovun müalicə adı ilə xaricə qaçmasını gözləyirmi? Digər tərəfdən, Nəsimi rayonunda abadlıq işləri aparılması adı altında Asif Əsgərov tərəfindən sahibkarları, dükan sahiblərini “yükləməsi” haqqında heç bir orqanın xəbəri yoxmu?!
Hazırda Ramiz Mehdiyevin klanı “vurulmaq” üzrə olsa da, nə üçün Asif Əsgərov hələ talanla məşğuldur? Ona görə ki, ona daha bir yüksək vəzifəli məmur himayədarlıq edir. O məmur kimdir?

Qafar İskəndərov
Asif Əsgərov da Ramiz Mehdiyevin keçirdiyi toy məclisində iştirak etmişdir, karantin qaydalarını pozmuşdur, nə üçün o cəzalandırılmır, nə üçün həbs edilmir?
Uzun müddətdir ki, koronovirusla əlaqədar Rusiyada qalmalı olmuşdur. Rusiyada olan həmyerlilərimiz möhtərəm Prezidentin apardığı kadr siyasətindən çox müzakirələr aparır və bu dəyişikliklərdən Azərbaycanda ədalətin bərqərar olmasına ümüd bəsləyirlər. Lakin mən burada ümüdlərin puça uğradığını gördüm. Yəni “köhnə hamam, köhnə tas”, hətta əvvəlkindən də az.
Ermənilər torpağımızı alır, cavab verə bilmirik. Bəs Bakının göbəyində erməni tikinti şirkətləri mənim və vətandaşların evini əlindən alır və buna dövlətin güc strukturları nə üçün göz yumur?
Azərbaycanda iki  əsas qrum vətəndaşları qorumaldır. Biri Müdafiə Nazirliyidir ki, vətəndaşları xarici düşməndənlərdən qorumalıdır. Lakin bu qrumda Azərbaycanın sərhədlərini qoruya bilməyib, bu günə gədər. Digəri isə məhkəmədir ki, burada vətəndaşların hüqüqları pozulduğu an qorunmalıdır. Mən Nəsimi rayon Məhkəməsində isə bunun əksini gördüm, hakim Azər Tağıyev sikayəti araşdırmadan, öncədən sabiq prokuror Salman Məmmədlinin qara tüpürcəklə vurduğu qərarı qanunsuz olaraq quvvədə saxladı.
Məhkəmələrdə ədalət bərpa olunmalıdir. Son zamanlar Turkiyədən çox istinadlar gətirilir. Ona görə, mən də bir stat gətirmək istərdim: “Ədalət mülkiyyətin təməlidir”. Yuxarıda qeyd etdiyim orqanlarla mətbuatla, efirlə debat aparmağa hazıram”.

Muxalifet.az
Redaksiyadan: Yazıda adları qeyd olunan qurumların və şəxslərin mövqeyini dərc etməyə hazırıq.