MDB-də YALNIZ TACİKİSTANDAN ÖNDƏYİK… – Ekspert daha bir biabırçı faktı açıqladı

07/01/2019 - 15:02 1 900 0   0  

Əhalinin 30%-dən çoxu pensiya yaşına çatmamış dünyasını dəyişir

“Azərbaycanda gözlənilən pensiya müddəti 7,5 ildir. Bu göstəriciyə görə MDB məkanında yalnız Tacikistan bizdən geri qalır”. Bu fikirləri iqtisadçı-ekspeert Qubad İbadoğlu öz “facebook” səhifəsindən paylaşdığı yazıda vurğulayıb.

“AzPolitika.info”nun məlumatına görə,  ekspert qeyd edib ki, Azərbaycanda problem yalnız pensiya yaşına çatmadan əhalinin 30 faizindən çoxunun vəfat etməsi deyil, həm də pensiya çıxandan sonra gözlənilən pensiya müddətinin az olması ilə bağlıdır: “Bu göstərici Azərbaycanda 7,5 ildir, MDB məkanında yalnız Tacikistan bizdən geri qalır, Belarus isə 14 illə irəlidə gedir.(Daha ətrafli məlumat üçün şərh bölməsində cədvələ baxın). Məlumat üçün qeyd edim ki, gözlənilən pensiya ödənişi müddəti İsveçrədə 18 il, Yaponiyada 17 il, Fransada isə 16 ildir. 

Rəsmi açıqlamalara görə, 2019-cu ildə Azərbaycanda orta aylıq pensiyanın 240 manat və ya 141 dollar olacağı gözlənilir. Müqayisə üçün qeyd edim ki, ötən il orta aylıq pensiya Qazaxıstanda 240 dollar, Rusiyada 209 dollar, Belarusda 181 dollar, Gürcüstanda 145 dollar olub.

pensiyaPensiya sahəsində digər bir problem, Azərbaycanda vəfat edənlərin 30,72 faizi pensiya yaşına (60 yaşa) çatmamış dünyasını dəyişməsi ilə bağlıdır. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2017-ci ildə bu göstərici kişilər arasında 38,27 faiz, qadınlar arasında 22,11 faiz, kənd yerlərində 27,41 faiz,  şəhərdə 33,47 faiz olub.
Hesablamalar göstərir ki, pensiya yaşı 65-ə çatanda Azərbaycan əhalisinin hər 5 nəfərindən 2-i təqaüd almadan dünyasını dəyişəcək”.

49841054_10216107297906950_5355471463858044928_n