Mbappe 55 milyon və şəxsi təyyarə tələb etdi

07/11/2018 - 23:21 13 531 0   0  

“Pari Sen-Jermen”in (PSJ) və Fransa milli komandasının hücumçusu Kilian Mbappe klubu ilə yenidən müqavilə imzalamaq üçün bir sıra şərtlər irəli sürüb.

Hücumçu beş illik müqavilə üçün 55 milyon avro və şəxsi təyyarə ilə təmin olunmasını tələb edib. Onun digər istəyi isə “Qızıl top”a layiq görüləcəyi təqdirdə klubun ən yüksək məvacib alan futbolçusu olmaqdır.

Bu mövsüm Mbappe “Pari Sen-Jermen” heyətində 11 matçda 13 qol vurub.