“Maşın”a görə məni toyda döyürdülər” - Sərxan

15/12/2018 - 11:43 2 080 0   0  

"Maşın" şousunda səsverməyə çıxan ilk iştirakçı aparıcı Sərxan Kərəmoğlu olub

56,33 faiz səs toplayan Kərəmoğlu maraqlı açıqlaması ilə diqqət çəkib. O, ötən oyundakı iştirakından sonra toy məclisində başına gələn hadisəni danışıb:
"Ötən oyunda qalıra səs topladım. Amma özüm əlimi götürüb getdim. Təhqirlərlə üzləşdim. Hətta bir toyda məni döyürdülər ki, niyə əlini götürdün. Həqiqətən məni döyürdülər, ev sahibləri güclə qurtardı məni".
Qeyd edək ki, Sərxan oyundan meyxanaçı Oqtayı uzaqlaşdırıb.(axşam.az)