Masazırda yanğın olub

23/11/2018 - 20:22 730 0   0  

Abşeron rayonunda yanğın olub.

Suveren.az FHN-ə istinadən xəbər verir ki, hadisə Masazır qəsəbəsində baş verib.

Ümumi sahəsi 60 m2 olan birmərtəbəli 3 otaqlı evdə iki ədəd məişət avadanlığı və ev əşyaları 4 m2 sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.