Marşrut avtobuslarda gediş haqqı qaldırıldı - QƏRAR

30/06/2024 - 21:45 857 0   0  

Şəhərdaxili (rayondaxili) avtobus marşrutlarında sərnişindaşıma xidmətlərinin tarifləri artırılıb.

Suveren.az xəbər verir ki, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Kollegiyası bu barədə qərar verib. 

Bu Qərar Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinin elektron variantında dərc edildiyi gündən qüvvəyə minir.

Digər qərara əsasən müntəzəm şəhərdaxili (rayondaxili) avtobus marşrutlarında sərnişindaşıma xidmətlərinin tarifləri artırılıb.

Müntəzəm şəhərdaxili (rayondaxili) avtobus marşrutlarında sərnişindaşıma xidmətlərinin tariflərinin yuxarı həddi məsafədən asılı olmayaraq 50 qəpik müəyyən edilib.