Marqarita Simonyan Putinin devrilməsi planına necə dəstək verib… - ABŞ “DƏRİN DÖVLƏTİ”NİN KORONAVİRUS OYUNUNUN ŞOK DETALLARI

17/04/2020 - 01:21 5 512 0   0  

Geniş beynəlxalq dairələrdə tanınmış rusiyalı politoloq İqor Panarin “Business Online” nəşrinə verdiyi müsahibədə dünyada baş verən proseslərə münasibətini açıqlayıb. O, müsahibəsində Rusiyanın RT telekanalının təxribatçı fəaliyyətinə ehtiyatla işarə verib.
Niyə ehtiyatla? Çünki bu Rusiya kanalının, daha doğrusu, onun rəhbəri Marqarita Simonyanın arxasında koronavirusun (COVID-2019) yayılması və dünya əhalisinə psixoloji hücum təşkil edən eyni “qlobal kuklalar” dayanır.
Politoloqun fikrincə, "COVID-2019 əməliyyatı”, eyni zamanda Putin, Tramp və Si Tszinpini devirmək üçün bir tərtib olunan siyasi oyundur (Bura prezident Ərdoğanı da daxil etmək lazımdır –müəllif). Bu qlobal əməliyyatın müəllifləri qondarma "deep state" - dərin dövlətlə əlaqədədir.


"Deep state”in - dərin dövlətin mərkəzi Londondur. Bu insanların əlində üç genişmiqyaslı alət var. Birincisi, ABŞ-ın dərin dövlətidir; onun siyasi dam örtüyü- "Bill Clinton və onun ailəsi", maliyyə, iqtisadi və qismən ideoloji bloku - Corc Soros və Bill Geyts və fiziki güc bloku CIA - MKİ və Pentaqonun bir hissəsidir. ““American Deep State” (Amerika Dərin Dövləti) II Dünya Müharibəsindən sonra ABŞ OSS-nin başçısı William Donovan və Uinston Çörçill tərəfindən yaradıldı. Digər alət - FED, ABŞ Federal Rezervi, üçüncüsü isə qlobal KİV-lərdir. Rusiyada da sistem bu cür təşkil olunub”, - ekspert deyir.
Panarin sonra məntiqli bir sual verir: 19 dekabr 2019-cu ildə Lubyankada atışmanı xatırlayırsınızmı?
Atışma Putinin böyük mətbuat konfransı və Çekistlər günü ərəfəsində baş verdi (20 dekabrda – müəl.). Çilpaq gözlə də göründü ki, bu əməliyyat Rusiya xüsusi xidmət orqanlarına və şəxsən Putinə qarşı törədilmişdi.
Və ehtiyatla cavab verir: "Çox təəssüf edirəm ki, “Russia Today” – RT kanalı qlobalistlərin tərəfində, qlobalist bir cərəyan içində oynayır. Kanalda Rusiya ilə bağlı məlumatlar 8-9 faizdən çox deyil və bunlar, əsasən mənfi formatdadır".


"Bəs necə? RT (baş redaktor Margarita Simonyan) hadisə yerindən (!) anti-Putin məlumatlarının yayımını genişləndirmək üçün ingilis dilində 19 (!) reportaj verir. Bir həftə sonra ABŞ-da iki fövqəladə hadisə baş verəndə - kilsədə atışma, sinaqoqa və ravvin evinə hücum - eyni kanal altı qat daha az reportaj yayımlayır”, - Panarin diqqət çəkir.
Təsadüfi deyil ki, dekabrın 19-da hadisəni dəfələrlə şişirdərək və çaxnaşma yaradaraq (Lubyanka FSB binasının bir hissəsinin naməlum şəxslər tərəfindən ələ keçirilməsi haqda mesajları tirajlamağa qədər) internetdə baş verənləri yayımlayan bütün zolaqlı liberallar FSB binasında gözlənilmədən peyda oldu.
Əgər əks-kəşfiyyat ayıq və yerində müdaxilə etməsəydi, FSB binasına edilən hücum daha böyük ola bilərdi.
Beləliklə, liberallar, bəzi planlara uyğun olaraq baş verməli olanları yayımladılar, amma bu baş vermədi, çünki tez müdaxilə olundu (Lubyankada atışmasında cinayətkar Yevgeni Manyurov da daxil olmaqla üç nəfər öldü, beş nəfər yaralandı).


"Demək olar ki, bu hadisədən sonra Putin qarşıdakı təxribatın miqyasını qiymətləndirdi və dövlətin quruluşunda yanvar ayında baş vermis köklü dəyişikliklər etmək qərarına gəldi. Dediyim kimi, sol mühafizəkar çevriliş başladı, Trampı bir qədər təkrarladı", - Panarin deyir.
RT-yə gəlincə, bu telekanal mahiyyətcə əslində Rusiya ilə deyil, eyni xarici mərkəzdən idarə olunan qlobal media ilə əlaqəlidir.
Bu, kanalın niyə hər il Rusiya büdcəsindən 18 milyard rubldan çox vəsait almasına baxmayaraq (və bəzi məlumatlara görə daha çox), Rusiya haqqında 8-9 faizdən çox məlumatın verildiyini və əsasən mənfi formatda olduğunu izah edir. Rusiya hökumətində xarici idarəetmə ilə əlaqəli siyasətçilərin təsirli qanadı da var.
Alekse Navalnı (ona qarşı fərqli münasibət ola bilər, amma araşdırmalarının çoxu əsaslıdır) “Gradator” kimi, Simonyanın rəhbərliyi altında RT-nin Rusiyaya zərərli fəaliyyətinə dəfələrlə diqqət çəkmişdir.


Navalnının bir ildən çox əvvəl dediyi budur:
““RT” yazın və zibil sistemindən ibarət YouTube kanalına yönləndiriləcəksiniz. Bu məzmunu çeşidlədiyiniz zaman RT-nin nəylə məşğul olduğunu görərsiniz. Bəlkə Rusiyanın maraqları təbliğ olunur və ya, məsələn, Qərb mediasının gizlətdiyi araşdırmalar aparılır? Xeyr! Rusiya Simonyana oğurladığı videoya görə 18 milyard ödəyir! RT-də yayılan hekayələrin əsas hissəsi Simonyanın istifadəçilərdən oğurladığı və adını dəyişdirdiyi video materiallardır. Məsələn, bir yerdə sunami baş vermiş və ya gəmi tərs çevrilmişdir... Bunlar sadəcə oğurlanmış, digər kanallarda tez-tez nümayiş olunan videolardır. Və Simonyan klikləri satın alır və sonra RT-nin "yüksək ziyarətliliyi" haqqında danışır. Simonyan dünyanın ən miskin TV-sini yaratdı və bunun necə “heyrətamiz” olduğunu sübut etdi".
Və son nəşrlər:
https://gradator.ru/news/russia/2809.html
https://gradator.ru/news/russia/2775.html
https://gradator.ru/news/society/2791.html
https://gradator.ru/news/russia/2740.html
Dəfələrlə diqqətə çatdırmışıq ki, 25 yaşlı “orta səviyyəli görməmiş” Margarita Simonyan ABŞ-da müvafiq təlim keçdikdən sonra və bu ölkənin erməni lobbisi ilə əməkdaşlıqda olan xüsusi xidmət orqanlarının “ovcuna düşərək”, Rusiyada belə yüksək vəzifəyə sahib oldu, hətta bir deyil, bu gün Rusiya media məkanında demək olar ki, tam nəzarəti əlində cəmləşdirdi.
Simonyan “RİA Novosti” kimi aparıcı Rusiya media qurumlarını müvəffəqiyyətlə zəiflətdi və onları dünyada təxribat və yalan məlumat mənbəyi adlandırılan RT və “Sputnk”ə - Rusiya vergi ödəyicilərinin fantastik miqdarda pul ödədikləri Rusiya anti-təbliğat fondlarına çevirdi. Yəni bu şəkildə Qərbdə Rusiya və Rusiyanın maraqları naminə güclü və nüfuzlu media yayımı cəhdi uğursuz oldu. Simonyanın bizi "uğurları" sosial şəbəkələr və xəbər aqreqatorları vasitəsi ilə beynimizə təlqin etdiyi infudemiya fonunda açıq-aşkar “həyasızcasına uydurmadır”.


Xarici kuratorlar daim və məqsədyönlü şəkildə Simonyanın populyarlığını artırdılar ki, onun Rusiyadakı reytinqinin xarici mərkəzin maraqları daxilində təsir göstərmə qabiliyyəti artsın. Diqqətinizə çatdıraq ki, 2017-ci ildə dünyanın ən nüfuzlu qadınlarının illik “Forbes” reytinqinə daxil olan Simonyanın reytinqi nəzərə çarpacaq dərəcədə yüksəldi, dərhal 52-ci yerə yüksəldi. Yeri gəlmişkən, Mərkəzi Bankın sədri Elvira Nabiullina daim bu siyahıda görünür...


Sonra reytinqin naməlum müəllifləri Simonyan haqqında belə yazdılar:
"Bir il əvvəl çoxları Marqarita Simonyanın kim olduğunu bilmirdi. İndi o, RT kanalının mənfi təsiri səbəbi ilə texnoloji, media və siyasi dairələrdə müzakirə olunur".

Bundan sonra, xarici mərkəzlər onun uğurlarını möhkəmləndirmək üçün, nüfuzlu Qərb kanallarında, o cümlədən NBC-də Marqo Simonyanın güclü xarici təbliğatını təşkil etdilər. Çoxüzlü Marqarita "Rus vətənpərvəri" rolunu uğurla oynadı, ancaq yalnız rus tamaşaçılarının etimadını qazanmaq məqsədi ilə. Və bacardı.

Ancaq dünyada və Rusiyada əhəmiyyətli hadisələr baş verir və bir çox sirrlər açılır. Ümid edirik ki, Simonyanın tam ifşa olunması o qədər də uzun çəkməyəcək…

Mənbə: business-gazeta.ru 
Tərcümə etdi: Ülviyyə ŞÜKÜROVA,
Suveren.az